“Baku Cup 2013” beynəlxalq tennis turniri davam edir
Bakı Tennis Akademiyasında WTA (Qadın Tennis Assosiasiyası) seriyalı “Baku Cup 2013” qadınlar arasında beynəlxalq tennis turniri davam edir.

İyulun 23-də əsas mərhələnin səkkiz matçın oyunları keçiriləcək. Bələ ki, Şahar Peer (İsrayıl) İlona Kremen ilə (Belarusiya), Kristina Pleskova (Çexiya) Vesna Doloncla (Serbiya), Nasstasiya Burnet (İtaliya) Anna Tatişvili ilə (Gürcüstan), Manga Linette (Polşa) Culiya Kohen ilə (ABŞ), Oksana Kalaşnikova Tereza Martınkova ilə (Çexiya), Kamilə Fərhad (Azərbaycan) Mandi Minella ilə (Luksenburg), Veronika Kapşay (Ukrayna) Tatyana Arefyeva ilə (Ukayna), Bojana Javanovski (Serbiya) Nigina Abduramova ilə (Özbəkistan) qarşılaşacaq.

Bu oyunlarla paralel olaraq cütlərin mübarizəsinə də start veriləcək.
İyulun 28-dək davam edəcək turnirdə Azərbaycan, Rusiya, Çexiya, Macarıstan, Rumıniya, İspaniya, Fransa, Serbiya, Avstriya, İtaliya, Hindistan, Yaponiya, Böyük Britaniya, Belarus, Hollandiya, Xorvatiya, Yunanıstan, Tunis, ABŞ, Özbəkistan, Sloveniya, Ukrayna və Qazaxıstan təmsilçiləri birincilik uğrunda mübarizə aparırlar.

Xəbər 717 dəfə oxundu.