“Anji”nin baş məşqçisi istefa verib
“Anji”nin baş məşqçisi Qus Hiddink gözlənilmədən istefa verib. Holland mütəxəssisin istefası artıq Mahaçqala klubunun rəhbərliyi tərəfindən qəbul edilib.

Hiddinq istefa verməsinə səbəb olaraq bunları deyib: “Mənim üçün çətin bir qərar idi. Amma hər zaman vəzifəmin klubu daha da yaxşılaşdırmaq və sonradan ayrılmaq olduğunu söyləyirdim. “Anji”nin parlaq bir gələcəyə sahib olduğunu düşünürəm”.

Artıq “Anji”nin yeni çalışdırıcısının adı məlumdu. Belə ki, klubun rəsmi saytı hollandiyalı baş məşqçi Rene Meulenstinin yeni baş məşqçi olduğunu rəsmən açıqlayıb. 49 yaşlı mütəxəssis 2008-2013-cü illərdə “Mançester Yunayted”də köməkçi-məşqçi işləyib. Hiddink isə “Anji”ni ötən ildən çalışdırırdı.

Xəbər 701 dəfə oxundu.