İdmançılar Böyük Britaniyanı tərk etmək istəməyiblər
2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunları zamanı bu ölkədən siyasi sığınacaq istəmiş 70 idmançı hələ də Böyük Britaniyadadır. Olimpiyaçıların yarısı artıq qaçqın statusu alıb və onlar Birləşmiş Krallıqda qala bilərlər.
Digər atletlər İngiltərədə qalmaq hüququ uğrunda mübarizəni davam etdirirlər. Polis dövlətin ərazilərində qalma müddəti yeddi ay əvvəl başa çatmış Olimpiya vizalarının sahiblərini indiyədək axtarır.

Polis nümayəndəsinin sözlərinə görə, “onlar çox yaxşı həyat axtarmaq üçün qaçıblar”. 2012-ci il Oyunlarının başa çatmasından sonra rəsmi bəyanatlarda Olimpiya kəndində yoxa çıxmış 21 idmançı və məşqçi haqqında məlumat verilib.

Qaçanlar Kot-d’İvuar, Qvineya, Konqo Demokratik Respublikası, Eritreya, Kamerun və Sudanın təmsilçiləridirlər. Britaniya jurnalistlərinin məlumatlarına görə, qaçqınların əsil sayı daha çoxdur.

Xəbər 654 dəfə oxundu.