“Xəzər Lənkəran” hazırlıqlara start verdi
İyul ayının 25-də UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Makkabi” (Hayfa) klubunu qonaq edəcək “Xəzər Lənkəran” dünəndən hazırlığa start verib. Dünən əsasən “Fənərbaxça” ilə yoldaşlıq görüşünün bərpa məşqini düşünən məşqçilər korpusu bu gün səhər məşqində cavab qarşılaşmasının hazırlığı planına uyğun hazırlıq keçdilər. Əsas meydançada keçirilən məşqdə futbolçular daha çox qapıya zərbələr və bir neçə gedişli kombinasiyalardan sonra qurulan hücumlar üzərində çalışdılar. Hazırda düşərgədə zədəli futbolçu yoxdur və komanda tam tərkibdə məşqlərini davam etdirir.

Xəbər 1219 dəfə oxundu.