Foqts millini Malta ilə oyun öncəsi təlim-məşq toplanışına yığacaq
Futbol üzrə Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışı təşkil olunacaq. Bu barədə AFFA məlumat yayıb.

Məlumatda bildirilir ki, komandamızın hazırlığı avqustun 11-dən 14-dək Bakı şəhərində baş tutacaq.

Xatırladaq ki, avqustun 14-də, saat 21:00-da, "Bakcell Arena"da Azərbaycan və Malta milli komandaları arasında yoldaşıq oyunu keçiriləcək.

Xəbər 870 dəfə oxundu.