"Mançester Yunayted"in Fabreqas israrı davam edir
İngiltərənin "Mançester Yunayted" klubunun "Barselona"nın futbolçusu Sesk Fabreqas israrı davam edir.

İngiltərə klubunun ilk təklifi "Barsa" tərəfindən rədd edilsə də, "MY" ikinci dəfə Kataloniya təmsilçisinə müraciət edib.

Bu barədə keçirdiyi mətbuat konfransında açıqlama verən klubun baş məşqçisi David Moyes danışıqların hələ də davam etdiyini bildirib:

"Səviyyəli oyunçularla maraqlandığınız zaman bu transferi bitirmək üçün əlinizdən gələn hər şeyi edərsiz. Hazırda biz də Fabreqası bura gətirmək üçün çalışırıq" - deyə Moyes qeyd edib.

Xəbər 860 dəfə oxundu.