Goranboy rayon birinciliyi keçirilib
İyulun 19-da Goranboy rayonunda asudə vaxtin səmərəli təşkili məqsədi ilə idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

48 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, tennis idman növünə marağın artırılması, asudə vaxtın səmərəli təşkili, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi olub.

Sonda qaliblər idarənin fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1597 dəfə oxundu.