Argentina futbolunda növbəti faciə
Agentinanın "Boka Xuniors" və "San Lorenzo" klubları arasında baş tutacaq dostluq matçı faciəvi hadisə səbəbindən ləğv olunub.

Əvvəlcə iki klubun azarkeşləri arasında mübahisə yaşanıb. Daha sonra isə silahlı atışma baş verib. Nəticədə isə iki "Boka Xuniors"lu azarkeş dünyasını dəyişib, o cümlədən bir neçə insan yaralanıb.

Qeyd edək ki, bu Argentina futbolunda ölümlə nəticələnən ilk hadisə deyil. Belə ki, bu ilin iyun ayında da azarkeşlərdən biri polisin açdığı plastik mərmilərdən vəfat etmişdi.

Xəbər 957 dəfə oxundu.