“Trabzonspor”da yeni transfer
“Trabzonspor” Florent Maloudadan sonra yeni transferi həyata keçirməyə hazırlaşır. “Bordo-mavilər” KPR-də forma geyən Joze Bosinqvanı heyətinə qatmağa çalışır.

Türkiyə mətbuatında yer alan xəbərlərdə əvvəllər “Çelsi”nin də formasını geymiş futbolçunun Türkiyəyə dəvət edildiyi, bu dəvətdən sonra isə Bosinqvanın menecerinin gələcəyi bildirilib.

2008-ci ildə “Porto”dan “Çelsi”yə 20.6 milyon avroya transfer olan Bosinqva London klubunda 2012-ci ilə qədər 125 matç oynayıb. 2012/13 mövsümündə KPR-ə gələn portuqaliyalı komandada 21 dəfə meydana çıxıb.

Xəbər 935 dəfə oxundu.