Ançelotti ilk oyununda qələbə qazandı
Madridin "Real" klubu yeni mövsümə hazırlıq öncəsi ilk hazırlıq matçına çıxıb.

"Kral klubu" ilk oyunda "Bornmut"la qarşılaşıb.
Görüş "Real"ın 6:0 hesablı qələbə isə başa çatıb. Bununla da Madrid klubunu çalışdırıcısı Karlo Ançelotti yeni komandasında ilk oyununa darmadağınla başlayıb.

Qeyd edək ki, qarşılaşmada 6 qoldan ikisini Kriştiano Ronaldo və hərəyə bir dəfə Sami Xedira, Qonzalo İquain, Di Mariya və Kazemiro vurub.

Xəbər 877 dəfə oxundu.