“Simurq” daha bir futbolçusunu geri qaytarıb
Zaqatalanın “Simurq” komandası daha bir futbolçusunu geri qaytarıb.

D.Zrnanoviç yeni mövsümdə də “Simurq”un formasını geyinəcək. Bosniyalı müdafiəçi ilə təlim-məşq toplanışından sonra rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, futbolçu ötən mövsüm “Simurq”un heyətində 28 oyunda, 2375 dəqiqə meydanda olub.

Xəbər 680 dəfə oxundu.