“Mançester Yunayted” klubu Qaret Beylin keçidində maraqlıdır
“Mançester Yunayted” klubu “Tottenhem”in futbolçusu Qaret Beylin keçidində maraqlıdır. “Qırmızı şeytanlar”ın 24 yaşlı uelsli hücumçu üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilir. Bundan əvvəl mətbuatda Beylin “Real”a keçəcəyi, hətta “kral klubu”nun 11 nömrəli futbolkanı ona verəcəyi yazılırdı.

Qeyd edək ki, Beyl Premyer Liqanın son mövsümündə meydana çıxdığı 33 oyunda 21 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.

Xəbər 673 dəfə oxundu.