Gürcüstanlı məşqçi məğlubiyyətin səbəblərini izah etdi
Dünən Norveçdə “Tromse”yə məğlub olan Bakı “İnter”inin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra fikirlərini bölüşüb. Gürcüstanlı məşqçi məğlubiyyətin səbəblərini belə izah edib.


“Hər iki qolu müdafiədəki kobud səhvlərdən buraxdıq. Buna görə bəzi oyunçularıma hirsliyəm. Bizim də qol epizodlarımız, topa nəzarət etdiyimiz dəqiqələr oldu. Ancaq qol vura bilmədik. Yaxşı nəticə qazanmaq istəyiriksə, son nöqtəni qoymağı bacarmalıyıq”.

Tromse”nin baş məşqçisi Aqnar Kristensen isə bu fikirləri səslənirib: “Biz indiyədək isti havada çox yerdə - Sloveniyada “Olimpiya”yla, İspaniyada “Atletiko Bilbao”yla, Macarıstanda “Pakş”la oynamışıq. Buna görə də hava şəraiti bizi qorxutmur, necə hazırlaşmalı olduğumuzu bilirik. Biz “İnter”ə hörmətlə yanaşırıq. Ancaq cavab oyunu üçün də tədbirimizi görəcəyik”.

Xəbər 680 dəfə oxundu.