Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq
Bu gün İsvçərənin Nyon şəhərində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə turnirdəki təmsilçimiz Bakının "Neftçi" klubunun da potensial rəqibi müəyyənləşəcək.

“Neftçi” “Skenderbeu” klubunu keçsə, aşağıdakı rəqiblərdən biri ilə üz-üzə gələcək.

“Austriya” (Vyana, Avstriya)
BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi

“Kliftovill” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) cütünün qalibi

“Viktoriya” (Çexiya) – “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi

“Fola” (Lüksemburq) – “Dinamo” (Xorvatiya) cütünün qalibi
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 30-31 iyul və 6-7 avqust tarixlərində keçiriləcək.

Xəbər 1087 dəfə oxundu.