Nigeriyalı futbolçu "Tavşanlı Linyitspor"la anlaşıb
Azərbaycan millisinin sabiq üzvü Usim Nduka karyerasını Türkiyə birinci liqasında davam etdirəcək. Nigeriya əsilli futbolçu "Tavşanlı Linyitspor"la anlaşıb. Sabah klub rəsmiləriylə görüşəcək 28 yaşlı futbolçunun komanda ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 2004-cü ildən AZAL-da çıxış edən Nduka keçirdiyi 208 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. "Tavşanlı Linyitspor" klubu daha öncə millimizin qapıçısı Andrey Popoviçi heyətinə qatıb.

Xəbər 719 dəfə oxundu.