Bir boksçumuz finalda

Rusiyanın Qroznı şəhərində məktəbli boksçular arasında Avropa birinciliyi davam edir. Artıq yarışda bəzi yarımfinal görüşləri keçirilib. Təmsilçilərimizdən 50 kq çəkidə mübarizə aparan Tayfur Əliyev ukraynalı Georgi Dondovu 9:0 hesabı ilə məğlub edərək, finala vəsiqə qazanıb. Milli komandamızın digər 4 üzvü bürünc medalla kifayətlənməli olublar. Bunlar Elməddin İsmayılov (44, 5 kq), Həsən Abbasov (48 kq), Ənvər Qarayev (56 kq) və Hüseyn Tanrıverdiyevdir (62 kq).

Xəbər 1360 dəfə oxundu.