"Bu, vurduğum ən yaxşı qollardan biri idi"
"Bu, vurduğum ən yaxşı qollardan biri idi. Həqiqətən baxımlı qol alındı. Ancaq əsas məsələ komandamın qələbə qazanmasıdır". -bu sözləri "Tromse"nin futbolçusu Maqnus Andersen "İnter"lə oyundan sonra deyib.

"İnter"lə oyunda ikinci qolun müəllifi olan Andersen komandasının növbəti mərhələyə çox yaxın olduğunu bildirib: "Mən hər zaman pozitiv düşünürəm və komandamın qələbə qazanacağına inanıram. Bu gün də belə oldu. İşin yarısını görmüşük. Qalır Bakıdakı oyun. Növbəti mərhələyə yüksəlmək üçün çox yaxşı şansımız var. Azərbaycana yaxşı hazırlıq keçərək yollanmalıyıq".

Qeyd edək ki, "İnter" səfərdə "Tromse"yə 0:2 hesabı ilə uduzub. Bu komandalar arasında cavab görüşü iyulun 25-də, Bakıda keçiriləcək.

Xəbər 714 dəfə oxundu.