Millimiz Ukrayna komandası ilə qarşılaşıb
Qəbələ şəhərində futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Aysun Əliyeva və Nigar Cəlilli vurublar.

Qeyd edək ki, komandalar arasında iyulun 16-da keçirilmiş yoldaşlıq görüşündə 3:2 hesabı ilə Azərbaycan yığması qələbə qazanıb.

Xəbər 688 dəfə oxundu.