“Qarabağ”dan əzmkar qələbə
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşləri start götürüb. İdman.com.az saytı xəbər verir ki, avroliqada çıxış edən “Qarabağ” evdə ilk oyununa çıxıb.

Qurban Qurbanovun başçılıq etdiyi komanda Polşa “Pyast”ını qonaq edib. Ötən səfər panlardan “Visla”nı sıradan çıxaran “ağlar”, bu dəfə Qlevitse təmsilçisi üzərində inamlı qələbə qazanıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matça qonaqlar hesabı açıblar. Buna baxmayaraq “Qarabağ” fasiləyə qədər hesabı bərabərləşdirməyi bacarıb. 2-ci hissədə isə komandamız qələbə topunu vuraraq, səfər oyununu üstün yollanmaq imkanı qazanıb.

Avropa Liqası, II təsnifat mərhələsi
18 iyul, cümə axşamı
İlk oyun

“Qarabağ” (Azərbaycan) – “Pyast” (Polşa) - 2:1
Qol: Riçard Almeyda, 40, Reynaldo, 83 - Marçin Robak, 19

Xəbər 1064 dəfə oxundu.