Qarabağ» qələbəni son dəqiqədə əldən verdi

Avroliqada mübarizə aparan «Qarabağ» klubu dünən II təsnifat mərhələsində ilk matçına çıxıb. Səfərdə Farer adalarının «Streymur» komandasının qonağı olan «ağ-göylər» 11-ci dəqiqədə hesabı açıblar. Ağdam futbolçularından Rauf Əliyevin zərbəsi dəqiq olub. «Qarabağ»ın bu qoldan sonra oyun ərzində bir neçə dəfə fərqi artırmaq imkanı qazanıb. Lakin təmsilçisiz bu şansı dəyərləndirə bilməyib. Əvəzində meydan sahibləri görüşün son dəqiqəsində hesabda tarazlıq yaradıblar – 1:1.

Xəbər 929 dəfə oxundu.