Blatterdən gözlənilməz fikir
FİFA-nın prezidenti Yozef Blatter 2014-cı ildə futbol üzrə dünya çempionatının Braziliyada keçirilməsi üçün ola bilsin «uyğun yer deyil» söyləyib.

O, deyib ki, əgər çempionat zamanı ölkədə kütləvi etirazlar davam edərsə, bu, yarışların keçirilməsi üçün düzgün yerin seçilmədiyinin göstəricisi sayıla bilər.

Blatterin sözlərinə əsasən, Braziliya hakimiyyəti Konfederasiya kuboku zamanı öləni bürüyən etiraz aksiyalarından dərs çıxarmalıdır. Onda ölkənin bir neçə şəhərində etirazçılar stadionların ətrafında da aksiya keçirmişdi.

Xəbər 678 dəfə oxundu.