Mançester Yunayted transferini həyata keçirməyə çalışır
Qırmızı şeytanlar yayda ilk səs-küylü transferlərini həyata keçirməyə hazırlaşırlar.

Son günlər İngiltərə mətbuatı Devid Moyes transfer bazarında passivliyinə görə tənqid edir. Çox güman ki, yaxın günlərdə bu tənqidlərə ara veriləcək. Belə ki, Mançester Yunayted Tottenhemə Beyl üçün 65 milyon avroluq təklif göndərməyi planlaşdırır. Bu səbəbdən də artıq Ed Vudvord klubun turnesini yarımçıq başa vuraraq İngiltərəyə yollanıb.

Əlavə edək ki, Londonlular futbolçunu saxlamaq üçün bütün imkanlara əl atırlar.Məlum olduğu kimi Beyl Realın maraq dairəsindədir.Tottenhem uelsli futbolçunu buraxmamaq üçün məvacibini 9 milyon avroya qaldırmaq istəyir.

Xəbər 695 dəfə oxundu.