Yeniyetmə güləşçilər Temo Kazaraşvilinin xatirə turnirində
18-19 iyul 2013-cü il tarixdə Gürcüstanın Rustavi şəhərində Temo Kazaraşvilinin xatirəsinə beynəlxalq turnir keçiriləcək. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak üçün yola düşüb.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında Gürcüstana 12 güləşçimiz yollanıb. Heyətdə Nofəl Babayev, Kənan Cəfərov (hər ikisi 42 kq), Ramil Heydərov, Yaşar Məmmədzadə (hər ikisi 46 kq), Hüseyin Mansurov, Elçin Məmmədov (hər ikisi 54 kq), Zahid Ələkbərzadə, Şamo Süleymanov (hər ikisi 58 kq), Mehrac Kərimov, Nicat Abdullazadə (hər ikisi 69 kq), Adambek Şidukov və Cavid Feyziyev (hər ikisi 100 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Natiq Hacıyev, Xanmirzə Məlikəliyev və Zakir Məmmədov təmsil edəcək.

Xəbər 839 dəfə oxundu.