"Qarabağ" "Piast"ı sınağa çəkəcək
Bu gün Avroliqada mübarizə aparan təmsilçilərimiz ikinci mərhələnin oyunlarına çıxacaqlar. İlk olaraq mübarizəyə "Qarabağ" qoşulacaq. Ötən mərhələdə Makedoniya "Metallurq"unu mübarizədən kənarlaşdıran Ağdam təmsilçisi bu dəfə Polşanın "Piast" klubunu sınağa çəkəcək.

21:00 "Qarabağ" (Azərbaycan) - "Piast" (Polşa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Hakimlər: Damir Batinic, Goran Pataki, Hrvoje Barisic, Danijel Trampus (Hakimlər briqadası Xorvatiyadandır)

Xəbər 1149 dəfə oxundu.