Kazana Universiadasında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar
Kazanda keçirilmiş 27-ci Dünya Universiadasında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri iyulun 18-də Vətənə qayıdıblar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanma mərasimi olub.

Yerli azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə qarşılaşıbar.

Universiadada qızıl medal qazanmış yunan-Roma güləşçimiz Rəsul Çunayev bildirib ki, yarışın qalibi olacağımı gözləmirdim. Həqiqətən də böyük əziyyət və səbir hesabına qazanılan qələbədir. Məşqçim də mənim bu nəticəni qazanmağım üçün çox çalışıb. Yarışa çıxarkən idmansevərlərimizin, xalqımızın dəstəyini üzərimdə hiss edirdim. Etimadı doğrultduğuma görə sevinirəm.

Kazan universiadasında iştirak edən Azərbaycan millisi 170 ölkə arasında 15-ci olmuşdur. Komandamızın üzvləri ümumilikdə 16 medal qazanıblar. Bunların 4-ü qızıl, 5-i gümüş və 7-si isə bürüncdür.

Qeyd edək ki, milli komandamızın heyətində ağırlıqqaldıranımız Firudin Quliyev, 5000 metr məsafəyə qaçış yarışlarında Hayle İbrahimov və güləşçilərimiz Yuliya Ratkeviç, Rəsul Çunayev qızıl, ağırlıqqaldıranımız Kristina İova, kəmər güləşi yarışlarda çıxış etmiş Ülviyyə Kərimova, güləşçilərimiz Cəbrayıl Həsənov, Patimat Baqomedova, Kamran Məmmədov gümüş medala sahib olmuşlar. Cüdoçumuz Məmmədəli Mehdiyev, güləşçilərimiz İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli, samboçularımız Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov Universiadanı üçüncü pillədə başa vurublar.

Medal hesabında Universiadanın qalibi Rusiya olub. Meydan sahiblərinin aktivində 292 medal (155-75-62) vardır.

Çin Xalq Respublikası 77 medalla (26-29-22) ikinci, Yaponiya isə 84 medalla (24-28-32) üçüncü olub.

Xəbər 759 dəfə oxundu.