“Lokomotiv” klubu daha bir voleybolçunu transfer etdi
Bakının qadınlardan ibarət “Lokomotiv” klubu daha bir voleybolçunu transfer edib.

“Lokomotiv” Türkiyənin “Karşıyaka” klubunda çıxış edən Gizem Giraygili əsas heyətinə salıb. Türkiyə yığmasında da çıxış edən 27 yaşlı voleybolçu millidə 59 matç keçirib.

“Karşıyaka”da 1 nömrəli forma ilə çıxış edən G.Giraygil karyerası boyu yalnız vətənində oynayıb. İlk dəfə legioner həyatı yaşayacaq voleybolçu “Emlak TOKİ” (2003/04 və 2005/06), “İller Bankası” (2004/05), “Fənərbaxça” (2007/08), “Qazi Universiteti” (2008/09), “Ereğli Bələdiyyə” (2009/10), “Ankaragücü” (2010/11), “Beşiktaş” (2012) klublarında çıxış edib.

Xəbər 1113 dəfə oxundu.