Foqts komandalarımızın oyununu izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasında çıxış edən komandalarımızın oyununu izləyəcək.

Berti Foqts UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 17-də, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Skenderbeu” (Albaniya) qarşılaşmasını və UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 18-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Piast” (Polşa) matçını izləyəcək.

Xəbər 718 dəfə oxundu.