Alvaro “Mançester Siti”nin heyətində çıxış edəcək
İspaniyanın “Seviliya” klubunun hücumçusu Alvaro Neqredo növbəti mövsümdən etibarən İngiltərənin “Mançester Siti” klubunun heyətində çıxış edəcək. İngiltərə təmsilçisi 25 milyon avro ödəyəcək.

Bundan əlavə İspaniya təmsilçisi bonus olaraq 3 milyon avro da əldə edə bilər. Ötən mövsüm 27 yaşlı Neqredo İspaniya çempionatında 36 oyunda meydana çıxıb. O, bu oyunlardan 25-də fərqlənib.

Xəbər 688 dəfə oxundu.