UEFA yekun qərarını açıqladı
UEFA Arbitraj Məhkəməsi Türkiyənin “Fənərbağça” və “Beşiktaş” futbol klublarının avrokuboklardan kənarlaşdırılmaları ilə bağlı şikayətlərini rədd edib.

Qitə futbol qurumu “Beşiktaş”ın bir illik avrokuboklardan uzaqlaşdırması ilə bağlı verilən qərarı təsdiqlənib. “Fənərbağça” klubuna verilən cəza isə nisbətən yüngülləşdirilib. Belə ki, onlara tətbiq olunan 2+1 illik cəza 2 ilə endirilib.

Qeyd edək ki, UEFA-nın verdiyi qərara əsasən, Çempionlar Liqasında “Fənərbağça” klubunun yerinə “Bursaspor”, Avropa Liqasında isə “Beşiktaş”ın əvəzinə “Kayserispor” iştirak edəcək.

Xəbər 846 dəfə oxundu.