“Neftçi”– “Skenderbeu” matçını idarə edəcək hakimlər müəyyənləşib
Futbol üzrə Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) – “Skenderbeu” (Albaniya) matçını idarə edəcək hakimlər müəyyənləşib.

Oyunu kiprli baş hakim Leontios Trattou idarə edəcəkdir. Ona həmyerliləri Mixael Soteriou, Angela Kiriakou və Marios Tsaggaris kömək edəcəklər.
Matçın UEFA nümayəndəsi Aynar Leppanen (Estoniya), hakim-inspektoru isə İlkka Koho (Finlandiya) olacaq.

Xəbər 699 dəfə oxundu.