“Altetiko” yeni hücumçusunu təqdim etdi
“Altetiko” “Barselona”dan transfer etdiyi hücumçu David Vilyanı ictimaiyyətə təqdim edib. 31 yaşlı futbolçu üzərində “Land of fire Azerbaijan” yazılan və 9 nömrəli Madrid klubunun forması ilə azarkeşlərin önünə çıxıb.
Daha əvvəl tibbi müayinədən uğurla keçən forvardı bu dəfə “Visente Kalderon” stadionunda 20 min tamaşaçı izləməyə gəlib. Azarkeşlərlə duyğularını paylaşan Vilya bunları deyib:
“Mənə “Atletiko” ailəsi ehtiyacım olan sevgini verdi. Karyeram ərzində hələ özümü göstərəcək zamanım var. Ehtiyat oyunçular skamyasında oturarkən bunları reallaşdırmaq mümkün deyil. “Atletiko”da özümün ən yaxşı oyunlarımı göstərməyə çalışacam. Bu gündən etibarən Madrid klubu mənim üçün dünyanın ən yaxşı komandasıdı. “Braselona”dan ayrılmağımın səbəbi isə orada meydana daim çıxa bilmirdim və qarşıda dünya çempionatı var. Bu idman növünə aşiq olmuşam. Əminəm ki, Radamel Falkaonun yoxluğunu komandada hiss etdirməyəcəyəm”.

Qeyd edək ki, madridlilər Davidlə 3 illik müqavilə imzalayıb. Vilyanın transfer dəyəri 5.1 milyon avrodu. Futbolçu pulunu üç mərhələdə alacaq. Yəni 2.1 milyon avronu bu il, 2 milyon avronu gələn il və 1 milyon avronu isə iki il sonra əldə edəcək. Bundan başqa, “Atletiko” Davidi satarsa, qazanacaqları pulun 50%-ini “Barselona”ya ödəyəcək.

Xəbər 899 dəfə oxundu.