Şəhriyar Məmmədyarov Pekində FİDE “Qran-pri” turnirinin qalibi olub
Pekində kişilər arasında şahmat üzrə FİDE “Qran-pri” turnirinin sonuncu-beşinci mərhələsi keçirilir.

Turnirdə Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov iyulun 16-da sonuncu - on birinci turda ağ fiqurlarla Boris Gelfand (İsrail) ilə qarşılaşmışdır. Oyun heç-heçə başa çatıb.

Beləliklə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 7 xalla FİDE “Qran-pri” turnirinin sonuncu-beşinci mərhələsinin qalibi olub.
Turnirdə dünyanın 12 güclü beynəlxalq qrossmeysterləri - Şəhriyar Məmmədyarov (Azərbaycan), Sergey Karyakin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya), Peter Leko (Macarıstan), Gata Kamski (ABŞ), Anish Giri (Niderland), Boris Gelfand (İsrail), Vasili İvançuk (Ukrayna) və Hao Vang, Yue Vang (hər ikisi Çin) qələbə uğrunda mübarizə aparıblar.

Xəbər 663 dəfə oxundu.