"Qalatasaray"ın yeni kapitanı bəlli oldu
Sabah qəzetinin verdiyi məlumata görə, Qalatasarayın yeni mövsümdə kapitanlıq sarğısı Didye Droqbaya verilir. Həm futbolçu, həm də insan kimi komandada hamının rəğbətini qazanan forvardın namizədləyini bütün komanda dəstəkləyib. Hazırda komandada 1-ci kapitan, Sabri, 2-ci Hakan Balta, 3-cü isə Selcuk İnandır.İlk iki futbolçunun daimi yeri olmadığına görə komandanın əsas kapitanı Selcuksayılırdı.O da kapitanlıq sarğısını sevə-sevə Droqbaya verəcəyini bildirib.

Xəbər 653 dəfə oxundu.