FİDE “Qran pri” turnirinin sonuncu-beşinci mərhələsi keçirilir
Pekində kişilər arasında şahmat üzrə FİDE “Qran pri” turnirinin sonuncu-beşinci mərhələsi keçirilir.

Turnirdə Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov sonuncu - on birinci turda ağ fiqurlarla Boris Gelfald (İsrail) ilə qarşılaşacaqdır.
Son tur ərəfəsində Şəhriyar Məmmədyarov 6,5 xalla turnir cədvəlinin vahid lideridir.

Turnirdə dünyanın 12 güclü beynəlxalq qrossmeysterləri - Şəhriyar Məmmədyarov (Azərbaycan), Sergey Karyakin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya), Peter Leko (Macarıstan), Gata Kamski (ABŞ), Anish Giri (Niderland), Boris Gelfand (İsrail), Vasili İvançuk (Ukrayna) və Hao Vang, Yue Vang (hər ikisi Çin) qələbə uğrunda mübarizə aparırlar.

İyulun 17-də başa çatacaq turnir 11 turdan ibarətdir.

Xəbər 814 dəfə oxundu.