“Arsenal”ın təklifi rədd edildi
“Liverpul” klubu Luis Suarezi heyətinə qatmaq istəyən “Arsenal”ın təklifini rədd edib. Bu barədə “Liverpul”un idman direktoru Ayan Ayre açıqlama verib.

Klub rəsmisi Suarezi komandada saxlamaq üçün “Arsenal”ın təklifini rədd etdiklərini bildirib: “Suarezi yeni mövsümdə də komandada görmək istəyirik. Komandada qalacağı təqdirdə işlər yolunda gedəcək. Suarezin Çempionlar Liqasında oynamaq istəməsi normaldır. Bizim də məqsədimiz onu bu forma altında arzularına çatdırmaqdı”.

Qeyd edək ki, “Arsenal” Luis Suarezin transferi üçün “Liverpul”a 40 milyon təklif edib.

Xəbər 806 dəfə oxundu.