Qlivitsa təmsilçisi oyun öncəsi çətinliklə üzləşib.
Avropa Liqasının II təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə üzləşəcək Polşa “Pyast”ının Azərbaycana gəlməsində problem yaranıb. Qlivitsa təmsilçisi iyulun 18-də baş tutmalı olan səfər oyunu öncəsi çətinliklə üzləşib.


Belə ki, rəqibimizi Bakıya gətirməli olan çarter reysi təxirə salınıb. Oyunun keçiriləcəyi yerə daha tez çatmaq istəyən “Pyast” yalnız bu gün ölkəmizə gələcəyinə ümid edir. Məsələ ondadır ki, komandanın üzvləri viza ala bilmir. Hətta problemin yubanması üzündən polşalıların yalnız oyun günü Bakıya gəlməsi də ehtimal olunur.

Məlumat üçün deyək ki, bundan öncə Makedoniya klubu "Metallurq" da analoji problemlə üz-üzə qalmışdı. Amma "Qarabağ" rəhbərliyinin işə qarışmasından sonra rəqibin viza problemi yoluna qoyuldu.

Xəbər 667 dəfə oxundu.