İquayn “Napoli”nin diqqət mərkəzinə düşüb
“Real”ın hücumçusu Qonsalo İquayn “Napoli”nin diqqət mərkəzinə düşüb. Napoli təmsilçisinin baş məşqçisi Rafael Benites onu PSJ-yə transfer olunan Edinson Kavaninin əvəzləyicisi kimi görür. “Napoli”nin İquayna görə 30 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, argentinalı futbolçu “Real”a 2007-ci ildə “River Pleyt”dən keçib.

Xəbər 953 dəfə oxundu.