Qusarda Avropa Birinciliyi
15-18 iyul 2013-cü il tarixlərində Qusar Olimpiya İdman Kompleksində Universal döyüş idman növü üzrə Avropa Birinciliyi keçiriləcək. Bu yarışda 14,15,16 və 17 yaşlı idmançılar yüksək yerlər uğrunda mübarizə aparacaqlar. Birincilikdə "İnter" PİK-in Universal döyüş bölməsinin idmançıları da iştirak edəcəklər.

Xəbər 687 dəfə oxundu.