Atletizm dünyası ard-arda gələn dopinq xəbərləri ilə sarsıldı
Atletizm dünyası ard-arda gələn dopinq xəbərləri ilə sarsılıb.

Dünən öncə 100 metr məsafəyə qaçışda Usain Boltdan sonra ən sürətli idmançı olan sabiq dünya çempionu Tyson Geyin dopinqdən istifadə etdiyi üzə çıxıb.

Az sonra isə qısa məsafəyə qaçış üzrə sabiq dünya rekordçusu yamaykalı Asafa Paul və qadın atletlər arasında ən tanınmışlardan olan Şeron Simpsonda da analizlər zamanı qadağan olunmuş maddə aşkarlandığı məlum olub. Tyson Gey bu gün açıqlamasında idman dünyasını sarsan xəbəri təsdiqləyib və may ayında verdiyi nümunənin nəticələrinin pozitiv çıxdığını bildirib. O, avqust ayında Moskvada keçiriləcək dünya çempionatına qatıla bilməyəcəyini də söyləyib.

Xəbər 750 dəfə oxundu.