Julio Sezar yeni mövsümdən “Napoli”nin şərəfini qoruyacaq
KPR-in qapıçısı Julio Sezar yeni mövsümdən “Napoli”nin şərəfini qoruyacaq. Artıq klublar arasında tam razılıq əldə olunduğu və yaxın günlərdə müqavilə bağlanacağı bildirilir. Neapol təmsilçisi həmçinin “Valensiya” və Fransa milli komandasının mərkəz müdafiəçisi Adil Ramini də transfer etmək niyyətindədir.

Qeyd edək ki, Sezar 2005-2012-ci illərdə Milan “İnter”inin şərəfini qoruyub.

Xəbər 672 dəfə oxundu.