"Rəvan” ilk mərhələni geridə qoydu
"Rəvan” yeni mövsümə hazırlıq çərçivəsində ilk mərhələni geridə qoyub. Dünən sadəcə, oyunsonrası bərpaedici proseslər həyata keçirilib. Bu gün isə "Rəvan” hazırlığın ikinci mərhələsi çərçivəsində Sloveniyaya yollanacaq. Bakı - Vyana - Maribor marşrutu ilə hərəkət edəcək komanda Bakıdan Avstriyanın paytaxtına təyyarə ilə, ordan Sloveniyanın adıçəkilən şəhərinə isə avtobusla yollanacaq.

Mariborda komanda üzvləri "Draş Hotel”də qalacaq. Komanda Maribor toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirməyi nəzərdə tutub. Toplanış ayın 26-na qədər olacaq. İyulun son, avqustun ilk günlərində isə hazırlığın sonuncu mərhələsi olacaq. Komanda həmin müddətdə yenə Bakıda hazırlığını davam etdirəcək.

Xəbər 892 dəfə oxundu.