Klub Mauro Sarate ilə razılığa gəlib
Argentina klubunun mətbuat xidməti xəbər verir ki, «Veles Sersfild» klubu Mauro Sarate ilə razılığa gəlib.Razılaşmanın detalları ilə bağlı ətraflı informasiya verilmir.

Bu gün futbolçunun yeni komandasında ilə ilk məşqini keçirəcəyi gözlənilir.
26 yaşlı forvard Argentina klubuna azad agent statusunda gəlir. Belə ki, o Lasio ilə müqaviləni pozub. Forvard artıq «Veles Sersfild»də 2004-cü ildən 2007-ci ilə qədər çıxış edib.

Son mövsümdə Sarate А seriyasında cəmi 1 oyun keçirib.

Xəbər 907 dəfə oxundu.