Universiada-2013: Baqomedovadan gümüş, Netrebadan bürünc
Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları davam edir. İdman.com.az saytı xəbər verir ki, proqrama əsasən, yarışların üçüncü günündə 48, 55, 63 və 72 kq çəkidə qadın güləşi üzrə müsabiqələr keçirilib.

48 kq
Fatimə Baqomedova 1/8 finaldan mübarizəyə başlayıb. O Braziliya güləşçisi Graziela Conceicao üzərində inamlı (7:0) qələbə qazanıb. Növbəti mərhələdə Patimat Kanada güləşçisi Nataşa Krambleni də (5:0) tam üstünlüklə məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna təmsilçisi Mariya Livaçı (4:1) üstələyən Patimat Baqomedova finala yüksəlib. Finalda rəqib yapon Eri Tosaka ilə görüş güləşçimiz üçün uğurlu alınmayıb və o, gümüş medalla kifayətlənib.

55 kq
1/8 finaldan mübarizəyə qoşulan Yarina Dubovska Moldova təmsilçisi Mariana Esanu üzərində tam üstünlüklə (5:0) qalib gəlib. Növbəti mərhələdə təmsilçimiz monqol güləşçisi Orxon Purevdorj ilə qarşılaşıb. Ancaq görüş güləşçimiz üçün uğurlu alınmayıb.

63 kq
İrina Netreba 1/8 finalda Türkiyə güləşçisi Hafize Şahini (8:0) məğlub etsə də, növbəti görüşdə monqol güləşçisi Battsetseg Soronzonbolda uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal yolu açıb. Təsəlliverici görüşdə İrina Netreba Litva güləşçisi Gidre Blekayte üzərində (8:0) qələbə qazanıb. Bürünc medal uğrundan həlledici görüşdə isə rəqib yapon Rio Vatari olub. Gərgin keçən qarşılaşma İrina Netrebanın (6:6) xeyrinə başa çatıb.

72 kq
Gözəl Zutova mübarizəyə 1/4 finaldan qoşulub və qazax Elmira Sızdıkovanı (5:0) tam üstünlüklə məğlub edib. Yarımfinalda güləşçimiz Rusiya təmsilçisi Yekaterina Bukina ilə qarşılaşmadan məğlub yarılıb. Gözəl Zutova bürünc medal uğrunda Kanada güləşçisi Erika Viebe ilə görüşü də uduzub və Universiadanı 5-ci sırada tamamlayıb.

Xatırladaq ki, Universiadada güləş yarışlarının ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Komandamızın aktivində 1 gümüş və 1 bürünc medal var.

Xəbər 1052 dəfə oxundu.