Burak üçün daha bir iddia
«Qalatasaray»ın ulduzu Burak Yılmaz üçün İngiltərə mətbuatı yeni bir iddia ortaya atıb. İdman.com.az saytı xəbər verir ki, türk qolçu ilə «Liverpul»un maraqlandığı bildirilir.

«Real», «Çelsi», «Arsenal» kimi komandaların sıralarına qatmaq üçün çəkişdikləri uruqvaylı Luis Suaresin heyətdən ayrılma ehtimalından baş məşqçi Brendon Rocers çox narahatdı və yaxşı bir hücumçu axtarışıqa çıxıb.

«Liverpul»un baş məşqçisinin siyahısında 1 nömrə altında olan Burak Yılmaz ötən mövsümdə komandasının 39 oyununda 32 qol vurub. İngilis mətbuatında Burakla bağlı «Qalatasaray»ın prezidenti Ünal Aysalın dediyi sözlər də misal çəkilir: «Burak üçün müəyyənləşdirdiyimiz bir qiymət var.

Biz sadəcə klubun və oyunçunun xeyrinə olan bir təklif gələndə ona diqqət yetirə bilərik. Əgər Burak ayrılmaq istərsə, şərtlər də bizim tələblərimizə uyğun gələrsə, belə təklifi qəbul edə bilərik».

Xəbər 922 dəfə oxundu.