Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası 40-cı üzvü oldu
Finlandiyanın Voukatti şəhərində dünya çempionatı ilə bərabər, Avropa Səmti Müəyyən Etmə Federasiyasının toplantısı keçirilir. İdman.com.az saytının məlumatına görə, iclasda bu idman növünün daha populyarlaşması istiqamətində müzakirələr aparılıb.

Qeyd olunub ki, müxtəlif yaş qrupları arasında təbliğat işləri gücləndirilməlidir. Növbəti qitə çempionatının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. 39 ölkənin yer aldığı EWG-in işçi qrupuna biri də daxil olunub. Bu, Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasıdır.

Məlumat üçün bildirək ki, hazırda Skandinaviyada keçirilən dünyanın ən güclülərinin yarışında baş məşqçi Nizami Mursakulovun rəhbərlyi ilə bizdən 4 idmançı çıxış edir.

Xəbər 2141 dəfə oxundu.