Oyun Türkiyədə baş tuta bilər
Futbol üzrə Azərbaycan Super Kubokunun “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilməli oyunu Türkiyədə baş tuta bilər.

Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev xəbər verib:
“Super Kubok oyunu keçirilməlidi. Hər şey bu iki klubdan asılıdı. Ola bilər ki, bu oyunu hətta Türkiyədə keçirək. Bu ideyanı “Xəzər Lənkəran”ın vitse-prezidenti Mübarizə Mənsimov dilə gətirib. Biz hazırda bu varıanta baxırıq. Hər şey mümkündü”.

Xəbər 626 dəfə oxundu.