Şəhriyar Məmmədyarov FİDE Qran-pri şahmat turnirinin lideridir
Pekində kişilər arasında şahmat üzrə FİDE Qran-pri turnirinin axırıncı beşinci mərhələsi davam edir.

Turnirin səkkizinci turunda ölkəmizi təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov qara fiqurlarla Van Yue (Çin) ilə qarşılaşacaqdır. Qeyd edək ki, təmsilçimiz hesabında 5 xalla turnirə liderlik edir.
Turnirdə dünyanın 12 güclü beynəlxalq qrossmeysterləri Sergey Karyakin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya), Peter Leko (Macarıstan), Gata Kamski (ABŞ), Anish Giri (Niderland), Boris Gelfand (İsrail), Vasili İvançuk (Ukrayna), Hao Vang, Yue Vang (hər ikisi Çin) və təmsilçimiz Şəhriyar Məmmədyarov qələbə uğrunda mübarizə aparırlar.

İyulun 17-də başa çatacaq turnir 11 turdan ibarətdir.

Xəbər 1928 dəfə oxundu.