"Anadolu Efes" ilk transferini reallaşdırdı
"Anadolu Efes" klubu Jordan Farmarın komandadan ayrılmasından sonra transfer işlərini daha da sürətləndirməyə başlayıb.

İdman.com.az saytı xəbər verir ki, klub hətta ilk transferini belə realaşdırmağa müvəffəq olub. Belə ki, göy-ağlılar "Beşiktaş"dan ayrılan Tutku Açıkla 1 +1 illik müqavilə imzalayıb. 32 yaşlı basketbolçu Ülkerspor, Qalatasaray və Beşiktaş formaları ilə Avroliqanın 6 mövsümdə iştirak edib.

Əlavə məlumat üçün bildirək ki, "Efes" forvard transfer üçün isə 29 yaşlı yunanlı forvard Kostas Vasileiadis ilə maraqlanır.

Aynurə

Xəbər 1074 dəfə oxundu.