Çağla yarı finalda
Türkiyənin milli tennisçisi Çağla Büyükakçay Beynəlxalq Tennis Federasiyasının İstanbulda təşkil etdiyi turnirdə yarı finala çıxıb.

İdman.com.az saytının məlumatına görə, tennisçi turnirin dördəbir final mərhələsində avstriyalı rəqibi Melanie Klaffner ilə qarşılaşmalı idi. Lakin rəqibinin xəstəliyi səbəbindən matça çıxmaması onu turnirin yarı finalist etdi.

Qeyd edək ki, növbəti oyunda Çağla Kateryna Kozlova (Ukrayna)-Oksana Kalaşnikova (Gürcüstan) dörddəbir final matçının qalibi ilə qarşılaşacaq.

Aynurə

Xəbər 1394 dəfə oxundu.