Kamran Ağayev komandanın məşqlərinə qatılacaq
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev zədə üzündən “Bakı”nın Avstriyadakı təlim-məşq toplanışında iştirak etmir. Əməliyyatdan sonra bərpa prosesi keçən təcrübəli qolkiper yüngül məşqlərə başlayıb. Ağayev fərdi məşqlərə başladığını və həkim nəzarətində olduğunu bildirib.

Futbolçu həmçinin bildirib ki, 15-20 gün sonra komandanın məşqlərinə qatılacaq. Bu isə o deməkdir ki, Kamran toplanışı boşa verəcək.

Xəbər 659 dəfə oxundu.